Qlobal fond menecerləri, 16 beynəlxalq bankdan valyuta əməliyyatlarında etdikləri manipulyasiyaya görə milyard dollarlıq təzminat tələb edirlər.
Almaniyanın iqtisadiyyat qəzeti "Handelsblatt"da yer alan xəbərə görə, 16 beynəlxalq banka qarşı Nyu-York şəhərindəki Manhattan Bölgə Məhkəməsində 7 Noyabrda açılan məhkəmə işində tələb olunan təzminatın həcmi milyard dolları aşır.
BlackRock və Allianz kimi böyük fond rəhbərlərinin qaldırdığı iddiada, Bank of America, Barclays, BNP Paribas, Citigroup, Credit Suisse, Deutsche Bank, Goldman Sachs, HSBC, JPMorgan Chase, Morgan Stanley, Japan's MUFG Bank, Royal Bank of Canada, Royal Bank of Scotland, Societe Generale, Standard Chartered və UBS-in adları yer alır.
İnvestorlar iddia edirlər ki, adı keçən banklar 2003 və 2013-cü illər arasında aparılan valyuta əməliyyatlarına dair alış-satış əmrlərini və mövqelərini öz aralarında gizlincə bölüşərək məzənnələri manipulyasiya ediblər və ABŞ-ın antimonopoliya qanunlarını pozublar.
Marja.az