Dünya birjalarında neft yenidən ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar azalaraq 50,65 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,63 dollar azalaraq 53,31 dollar olub.
Bir barelinin dəyəri 54,02 dollara yüksələn Brent nefti 16 aylıq maksimumu yenilədikdən sonra cüzi ucuzlaşıb.
Mənbə: Apa.az