Müəllif -Aida İsaq, Banco.az
140 il yaşı olan zeytun ağacı 8 min dollara satışa çıxarılıb.
Banco.az xəbər verir ki, təxminən 5 il əvvəl İtaliyadan gətirilən zeytun ağacı İraqın Kərkük şəhərinin şimalındakı Daraman bölgəsində 350 min kvadratmetrlik sahədə yetişdirilib. Xüsusi diqqətlə bəslənən ağacla şəkil çəkdirmək istəyən insanların sayının getdikcə artdığı bildirilir.
Bitkilərin yetişdirildiyi və satıldığı ərazinin sahibi Abdulmuttalib Hüseyn Hamzelinin sözlərinə görə ağac hazırda bar vermir. Eyni zamanda onun sözlərinə görə ölkəsi zeytun ağacının becərilməsi sahəsində bir o qədər də populyar bölgə deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!