14 bankın balans kapitalı nizamnamə kapitalından azdır | Banco.az

14 bankın balans kapitalı nizamnamə kapitalından azdır

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün balans kapitalı nizamnamə kapitalından azdır.

Kapitalı ən çox azalmış bank "Nikoyl Bank" ASC (azalma 278 milyon 893 min manat), kapitalı ən az azalmış bank isə "Günay Bank" ASC ( azalma 1 milyon 933 min manat) olub.

16 bank isə kapitalını artırmağı bacarıb. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (artım 228 milyon 646 min manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında ( artım 468 min manat) qeydə alınıb.

Hesabat tarixinə bank sektorunun balans kapitalı isə nizamnamə kapitalından 187 milyon 141 min manat az olub.

№

Bankın adı

Bankın balans kapitalı ilə nizamnamə kapitalı arasında fərq (milyon manatla)

1

Azərbaycan Beynəlxalq Bankı

228,646

2

Kapital Bank

138,042

3

PAŞA Bank

92,806

4

Azərbaycan Sənaye Bankı

37,239

5

Xalq Bank

34,468

6

Yapı Kredi Bank Azərbaycan

25,249

7

Atabank

22,629

8

Premium Bank

20,560

9

Zıraat Bank Azərbaycan

19,432

10

Bank of Baku

18,865

11

Bank Avrasiya

16,736

12

Naxçıvan Bank

12,570

13

AFB Bank

5,566

14

Turan Bank

4,272

15

Azər-Türk Bank

4,101

16

Pakistan Milli Bankı - Bakı

0,468

17

Günay Bank

-1,933

18

Bank Respublika

-3,315

19

NBC Bank

-5,668

20

Rabitəbank

-6,773

21

Unibank

-7,222

22

Bank BTB

-9,941

23

Express Bank

-14,529

24

İran Milli Bankı - Bakı

-19,980

25

Muğan Bank

-25,099

26

Amrah Bank

-25,372

27

AGBank

-52,548

28

Access Bank

-162,075

29

Bank VTB Azərbaycan

-255,442

30

Nikoyl Bank

-278,893

 

Cəmi

-187,141

Bankların kapitalının artma/azalma dinamikasına görə renkinqi isə aşağıdakı kimidir. Göründüyü kimi burada ardıcıllıq yuxarıdakı cədvəldən bir qədər fərqlidir. Kapitalı ən yumşaq artmış və azalmış banklar 1-ci cədvəldəki kimi Pakistan bankı və "Günay Bank" olsa da, kapitalı ən kəskin artmış və azalmış "Azərbaycan Sənaye Bankı" və "Bank VTB Azərbaycan" ASC-lərdir ("Azərbaycan Beynəlxalq Bankı" və "Nikoyl Bank" deyil).

№

Bankın adı

Bankın kapitalının artma / azalma dinamikası

1

Azərbaycan Sənaye Bankı

62,1%

2

Kapital Bank

61,1%

3

Yapı Kredi Bank Azərbaycan

45,6%

4

Zıraat Bank Azərbaycan

38,9%

5

Bank of Baku

35,7%

6

Bank Avrasiya

33,5%

7

PAŞA Bank

27,9%

8

Premium Bank

19,7%

9

Atabank

18,9%

10

Naxçıvan Bank

18,5%

11

Azərbaycan Beynəlxalq Bankı

18,4%

12

Xalq Bank

9,4%

13

Azər-Türk Bank

8,2%

14

AFB Bank

7,9%

15

Turan Bank

6,6%

16

Pakistan Milli Bankı - Bakı

5,0%

17

Günay Bank

-3,0%

18

Bank Respublika

-4,5%

19

Unibank

-5,7%

20

Rabitəbank

-6,7%

21

NBC Bank

-8,9%

22

Express Bank

-10,6%

23

Bank BTB

-15,0%

24

Muğan Bank

-26,4%

25

İran Milli Bankı - Bakı

-27,1%

26

AGBank

-50,6%

27

Access Bank

-62,6%

28

Amrah Bank

-63,7%

29

Nikoyl Bank

-80,1%

30

Bank VTB Azərbaycan

-80,9%

 

Orta hesabla

-3,9%

​Renkinq.az