1,3 mln. daimi iş yeri açılıb | Banco.az

1,3 mln. daimi iş yeri açılıb

"Azərbaycanda aparılmış uğurlu daxili və xarici siyasət nəticəsində son 13 ildə ölkə iqtisadiyyatına 200 mlrd. dollar investisiya yatırılıb". Bunu "Sahibkarlar Günü"nə həsr olunmuş konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, bu müddət ərzində ölkədə orta illik iqtisadi artım 12,2% təşkil edib: "Daxili mənbələr hesabına əsas kapitala yönələn investisiyanın həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna yönələn investisiyalar 9,6 dəfə, minimum əmək haqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə aylıq əmək haqqı 3,3 dəfə, orta aylıq pensiya 4,7 dəfə artıb".

M.Musayev qeyd edib ki, son 13 ildə ölkədə 1 mln. 700 min yeni iş yeri yaradılıb ki, bunun da 1 mln. 300 mini daimi iş yeridir.

Ən sərfəli kredit üçün müraciət et

"Prezident İlham Əliyevin sahibkarlığın inkişafına və şəffaf biznes mühitinin formalaşmasına dəstəyi sahəsində ölkəmizdə işgüzar mühit canlanıb, sahibkarlıq inkişaf edib. Sahibkarlarımız bu gün özünün uzunmüddətli inkişaf strategiyasını müəyyən edən bir ölkəyə çevrilib. Qeyri-neft sektorunun yüksəlişi, çoxsahəli iqtisadiyyatın ahəngdar inkişafı modeli prioritet təşkil edir. Azərbaycanda biznes mühitinin ən qabaqcıl təcrübələrə əsasən təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi sahibkarlığın inkişafına geniş imkanlar açır", - deyə M.Musayev vurğulayıb.

2017-ci ilin 3 ayında ticarət dövriyyəsi 15%, ixrac 50%-ə yaxın artıb, idxal 17% azalıb. Xarici ticarət dövriyyəsində müsbət saldo 1 mlrd. dollardan çox olub.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et