12 ştat Trampı onun tətbiq etdiyi tariflərə görə məhkəməyə verib.
Banco.az xəbər verir ki, həmin ştatlar ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tariflərin ləğvi üçün ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsinə iddia qaldırıb.
"Son üç ay ərzində Prezident icra sərəncamları, memorandumlar, sosial şəbəkələrdəki paylaşımlar və agentlik sərəncamları vasitəsilə tarifləri tətbiq etdi, dəyişdirdi, artırdı və dayandırdı. Bu sərəncamlar dövlətin ticarət siyasətinin vəziyyətini əks etdirir ki, bu da indi qanunla müəyyən edilmiş səlahiyyətlərinin effektiv şəkildə həyata keçirilməsindən çox, prezidentin şıltaqlığından asılıdır. Prezident konstitusiya quruluşunu pozdu və Amerika iqtisadiyyatına ziyan vurdu”, - məhkəmə sənədində deyilir.
İqtisadiyyata ziyan vurmaqla yanaşı, dövlət başçısı Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə ittiham olunur.
Oreqon Baş Prokurorluğu məhkəməyə müraciət etməyə başlayıb. Arizona, Vermont, Delaver, İllinoys, Kolorado, Konnektikut, Minnesota, Men, Nevada, Nyu-York və Nyu-Meksiko ştatları tərəfindən dəstəkləndi.