Maliyyə Nazirliyi tərəfindən verilən açıqlamada lisenziyanın sığorta və təkrarsığorta fəaliyyəti üzrə bölgüsünün effektivliyi barədə məlumat verilib.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun sözlərinə görə, təkrarsığorta fəaliyyəti üzrə lisenziya alan 11-ci şirkət Beynəlxalq sığorta şirkəti olub.
"Ümumiyyətlə, sığorta və təkrarsığorta fəaliyyəti üzrə lisenziya bölgüsü beynəlxalq səviyyədə qəbul olunmuş təcrübədir və Maliyyə Nazirliyi bu lisenziyanı onun üçün müraciət edən bütün şirkətlərə təqdim edir. Sığorta və təkrarsığorta - iki tamamilə fərqli fəaliyyət növü olmaqla yanaşı, həm də riskləri müxtəlif mənbələrdən qəbul edən fəaliyyət növləridir. Bu səbəbdən də onlar arasındakı bölgü olduqca effektiv nəticələr verəcək. Əvvəllər yerli təkrarsığorta bazarı kifayət qədər kiçik, təkrarsığorta üzrə risklər isə cüzi həddə idi. Bazarın genişlənməsi mərhələsində lisenziya bölgüsü maliyyə sabitliyinin əldə olunmasına gətirib çıxara bilər", deyə N.Xəlilov qeyd edib.
Sevinc İbadova/Banco.az