11 Avropa ölkəsi nüvə əməkdaşlığına başlayıb | Banco.az

11 Avropa ölkəsi nüvə əməkdaşlığına başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv olan 11 ölkə nüvə enerjisi sahəsində daha çox əməkdaşlıq etmək barədə razılığa gəlib.

Banco.az xəbər verir ki, Avropa İttifaqına üzv ölkələrin energetika nazirləri İsveçin paytaxtı Stokholmda görüş keçiriblər.

Görüş zamanı Fransa, Hollandiya, Polşa, Macarıstan, Bolqarıstan, Xorvatiya, Çexiya, Finlandiya, Rumıniya, Slovakiya və Sloveniyanın energetika nazirləri nüvə enerjisi sahəsində əməkdaşlığı gücləndirəcəkləri barədə birgə bəyanat yayıblar.

Bəyanatda nüvə enerjisi sahəsində araşdırmaların, texniki biliklərin mübadiləsinin, ümumi standartların müəyyən edilməsinin, nüvə sənayesində əməkdaşlığın inkişaf etdirilməsinin və Avropanın nüvə potensialının artırılmasının ölkələrin ümumi enerji siyasətinin mühüm hədəfləri olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Almaniya, İspaniya, Avstriya və Lüksemburq kimi ölkələr isə Fransanın başçılıq etdiyi 11 ölkənin nüvə əməkdaşlığı təşəbbüsünə müsbət yanaşmır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et