102 FM üçün müsabiqəyə müraciət edən şirkətlərin adları açıqlanıb | Banco.az

102 FM üçün müsabiqəyə müraciət edən şirkətlərin adları açıqlanıb

Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib. Əfsanəvi "ANS-ÇM" 102 FM bir vaxtlar ölkədə ən populyar radiostansiya idi. 

MTRŞ Aparatının rəhbəri Asəf Hacıyev bildirib ki, elan olunmuş müsabiqə dekabrın 12-də bitəcək.

"Sənəd qəbulu üçün hələ 2 gün də vaxt var. Müsabiqənin şərtlərinə görə, hansı şirkət qalib gələrsə, radio tezliyinin lisenziyası  ona veriləcək”.

Ən sərfəli kredit üçün müraciət et

A.Hacıyev müsabiqəyə müraciət edən şirkətləri də açıqlayıb:

“Seyfulla Mustafayev və Vahid Mustafayevin şirkətləri ayrı-ayrılıqda müraciət ediblər. Vahid Mustafayevin “Balans Studiyası”, Seyfulla Mustafayevin yeni yaratdığı “İNS ÇM” MMC, Mirşahin Ağayevin "Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan” adlı digər bir şirkət hazırda müsabiqə üçün müraciət edənlər sırasındadırlar. Amma  qeyd etdiyim kimi, müsabiqənin bitməsinə hələ iki gün vaxt var. Müraciət edənlərin siyahısı arta bilər”.

Modern.az

Ən sərfəli krediti almaq üçün müraciət et