1000 manatdan yuxarı maaş alanlar ipotekadan daha çox yararlanıb | Banco.az

1000 manatdan yuxarı maaş alanlar ipotekadan daha çox yararlanıb

Cari ilin əvvəlindən banklar 525 297,1 min manat kredit veriblər.

Dövlət İpoteka Fondundan bildirilir ki, bunun 115 285,8 min manatı güzəştli ipoteka kreditləri, 410 011,3 min manatı adi ipoteka kreditləri olub.

Müvəkkil kredit təşkilatlarından ən çox “AG Bank” ASC kredit verib. Bank indiyədək 1270 kredit xətti açıb. Kreditlərin regionlar üzrə pay bölgüsünə gəldikdə Bakı üstünlük təşkil edib. Güzəştli kateqoriyaya aid borcalanların arasında hərbi qulluqçular üstünlük təşkil edib - 81,1 faiz. İkinci yerdə məcburi köçkünlər -7,9 faiz, üçüncü sırada şəhid ailələri -7,1 faiz gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Kredit götürənlərin əməkhaqqına gəlincə, əsasən 1100 manat əməkhaqqı alanlar ipotekadan yararlana biliblər. Borcalanların 82 faizi kişi, 32,6 faizi subay olub.

Publika.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç