Sənaye və texnologiya parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddəti artırılır.
Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ildən başlayaraq, 10 il müddətinə gəlir vergisindən azad ediləcək.
Həmçinin Oxu: Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir
Hazırda bu müddət 7 ildir.
Qanun layihəsi Milli Məclisin 12 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.
Marja