10 dəqiqə sonra silinən e-poçt ünvanı | Banco.az

10 dəqiqə sonra silinən e-poçt ünvanı

İstifadəçiləri təhqiredici və ya spam e-poçtlardan xilas edən 10 Minute Mail veb saytını TED.az olaraq araşdırdıq.

Bəsit düşünsək bir e-poçt ünvanından niyə istifadə edirik? Əlbəttə ki, təşkilatlar və ya insanlarla internet üzərindən əlaqə qurmaq üçün.

Ancaq bu gün çox sayda veb-saytla qarşılıqlı əlaqə qururuq ki, bu zaman istər-istəməz təhlükəsizliyimiz şübhə altına düşür.

10 Minute Mail zəhlətökən reklam mesajları və ya dayanmadan gələn spam elektron poçtlarından canı sıxılanlar üçün inqilabi bir xidmət təqdim edir.

10 Minute Mail əsasən müvəqqəti e-poçt ünvanı və istifadənizi təmin edən bir internet saytıdır. Ənənəvi e-poçt hesablarından fərqli olaraq, burada zaman alan proseslə məşğul olmaq məcburiyyətində deyilsiniz. Heç bir şəxsi məlumatı bölüşmədiyiniz üçün təhlükəsizliyiniz də təmin olunur.

Ən sərfəli kredit üçün müraciət et

Şifrə, istifadəçi adını unutmaq kimi problem də yoxdu. Çünki bu e-poçt hesabı 10 dəqiqədə artıq yox olur.

Əlbəttə ki, bəyəndiyiniz və ya əlaqə qurmaq istədiyiniz saytlar və ya qurumlarla şəxsi e-mail ünvanınızı bölüşmək istəyəcəksiniz. Ancaq bir faylı yükləmək və ya bir məqaləni oxumaq üçün girdiyiniz veb saytın başınıza bəla olmasını istəmədiyiniz hallarda 10 Minute Mail köməyinizə gələcək.

10 Minute Mail istifadəçilərinə internet dünyasında ən zəhmətsiz xidməti təqdim edir. Etməli olduğunuz sadəcə, 10 Minute Mail veb-saytına girmək və elektron poçt ünvanını, mesaj qutularını istədiyiniz kimi istifadə etməkdir. Ancaq unutmayın ki, bu hesabla bağlı hər şey 10 dəqiqədən sonra heç bir iz qoymadan yox olacaq, buna görə vacib məlumatınız varsa, həmin müddət ərzində ehtiyat nüsxəsini əldə edin.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et