10 000 manat əmanət üçün ən gəlirli bank hansıdır? | Banco.az

10 000 manat əmanət üçün ən gəlirli bank hansıdır?

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Hazırda banklar müştərilərə müxtəlif faiz dərəcələri ilə əmanətlər təklif edirlər. Bu səbəblə əmanət yatırmaqla hansı bankdan daha çox gəlir əldə edəcəyinizi hesabladıq. Əvvəlki məqaləmizdə banka 10 000 manat yatırsaq, aylıq əsasda nə qədər gəlir qazanacağımızı hesablamışdıq. Bu dəfə isə bankların müddətin sonunda təklif etdikləri faizlər ilə nə qədər qazanacağımızı hesabladıq. 

Hazırda ən yüksək gəlir əldə edə biləcəyiniz banklar arasında AFB Bank, Bank VTB, Leobank və Bank of Baku var. Bu banklar illik (faizlər müddətin sonunda ödənilməklə) 11,25-12% arasında gəlirlilik təklif edirlər. Bu da 1 ilin sonunda 1125-1200 manat arasında gəlir deməkdir.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.

Tam siyahı aşağıdakı kimidir:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram