Xatırlayrınızsa, ötən gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Kövsər Bank" ASC-nin 38 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alındığı haqda məlumat vermişdik.
Banco.az BFB-yə istinadən bildirir ki, 25 dekabr 2014-cü il tarixində nəzərdə tutulan emissiya gerçəkləşib və səhmlərin yerləşdirilməsi artıq başa çatıb.
Belə ki, Kövsər Bankın adı artıq yerləşdirmədə olan səhmdar cəmiyyətlərin siyahısından çıxarılıb.
Onu da qeyd edək ki, yerli mətbuatda yayılan informasiyaya əsasən səhmlərin 75%-ni kənar investor alıb, lakin kommersiya sirri olduğu üçün investorun kimliyi açıqlanmır. Bu barədə fins.az-a Kövsər Bankın İdarə Heyətinin sədri Heydər İbrahimov məlumat verib.