2020-ci ilin sonu kriptovalyuta bazarında qiymətlərin yüksəlməsi bu sektora yenidən diqqət cəlb etməyi bacarıb. Korporativ şirkətlər, fondlar və treyderlər əsasən bitcoin və ethereum kimi rəqəmsal aktivlərə investisiya etməyi üstünlük versələr də, bir çox həvəskar investorlar qiyməti nisbətən ucuz olan kriptovalyutaları almağı daha rentabelli olacağını düşünürlər. Aydın məsələdir ki, bitcoin hazırda 32.000 dollardan daha yüksək qiymətdə ticarət olunur və kiçik investorlar üçün bitcoin artıq çox bahalı investisiyadır. Odur ki, kriptovalyuta bazarında qiyməti ucuz lakin prespektivi parlaq görünən rəqəmsal aktivlərə tələb artıb. Xüsusilə qiyməti 1 dollardan ucuz olan kriptovalyutalara maraq daha çoxdur.
Qiyməti ucuz olan rəqəmsal aktivləri almaq investora imkan yaradır ki, daha kiçik kapital ilə sayca daha çox aktiv alsın. Lakin nəzərə almaq lazımdır ki, qiyməti ucuz olması hələ o demək deyil ki, həmin kriptovlayuta mütləq şəkildə müəyyən zaman keçdikdən sonra bahalaşacaq. Təcrübə onu göstərir ki, yeni yaranan kriptovalyutaların 90%-i ilkin mərhələdə dəyərinin əhəmiyətli artması zamanı özünə diqqət cəlb edir və müəyyən həddə çatdıqdan sonra spekulyantlar aktivlərini satıb bazardan çıxırlar. Nəticədə bazara ən son girən investorların aktivlərinin dəyəri dəfələrlə ucuzlaşmasına səbəb olur. Bu tip “əməliyyatlar” kripto-birjalarda adı haldır. Odur ki, qiyməti ucuz olan kriptovalyuta seçərkən onu diqqətlə araşdırın və 3 əsas faktora diqqət yetirin – misiyası, bazar kapitalizasiyası və sayı.
Hazırda kriptovalyuta bazarında qiyməti 1 dollardan ucuz və bazar kapitalizasiyası 600 milyon dollardan yuxarı olan rəqəmsal aktivlər aşağıdakılardır:
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!