Siciliya adasının Gangi qəsəbəsində əhalinin azalmasıyla boşalan evlərə turistləri cəlb etmək üçün yeni bir qərar qəbul edilib.
Qəsəbə şurası əksəriyyəti tərk edilmiş və ya sahiblərinin vəfat etməsindən sonra boş qalmış 20 evi satışa çıxardı. Evlər, 1 Avroya satışa çıxarıldı. Ancaq bu rəqəm bir az simvolikdir.
Evlərin alınması üçün bəzi şərtlər var:
Belə ki, evləri almaq istəyən şəxslər qəsəbə Şurasına evləri yeniləmək üçün 5 min avro xərcləyəcəklərinə dair zəmanət verməlidirlər. Evlərin bərpasından sonra şura bu pulu ev sahiblərinə geri verir. Və evlərin yaşana bilinən ev statusunu alması üçün ev sahiblərinin ən azı beş il evdə yaşamalıdırlar.
1 Avroya satılan evlərdən çoxunun istifadəsiz halda olduğu, bu evlərin təmirinə ən az 35 min Avroya qədər pul lazım olduğu bildirilir.
Evi almaq istəyənlər eyni zamanda bəzi qanuni xərcləri də çəkməli və əmlak vergisinə görə 6 min Avroya qədər ödəniş etməlidir.
Günel Abduraxmanova / [email protected]