"ABŞ dolları 2024-cü ilə qədər avro qarşısında 40% ucuzlaşacaq".
Belə bir proqnozla “A.G. Bisset Associates” valyuta proqramları menecmenti şirkətinin icraçı direktoru Ulf Lindal çıxış edib.
Onun sözlərinə görə, 1970-ci ildən Amerika valyutası 15 illik enmə və qalxma dövrünü təkrarlayır.
Ekspertin fikrincə, 5 ildən sonra 1 avro 2 dollara bərabər olacaq.
Bununla belə, USD/EUR nisbəti barədə proznoz verən bəzi analitiklər 2022-ci ilə qədər 1 avronun 1,28 dollar təşkil edəcəyi qənaətindədir.
© Report