Yay təcrübə proqramı | Banco.az
Azər Türk Bank

Yay təcrübə proqramı

Vakansiya haqqında məlumat: 

Təsvir

Gələcək karyera yolunuzu formalaşdıracaq maraqlı səyahətə çıxmağa hazırsınızmı?

atb komandası olaraq, istedadlı şəxslərə praktiki təcrübə, mentorluq və real karyera imkanları təqdim etmək üçün nəzərdə tutulmuş “Yay Təcrübə Proqramı”-nı elan etməkdən məmnunluq duyuruq.

Karyeranıza sürətlə başlamaq üçün bu fürsəti qaçırmayın.

Təcrübədə iştirak etməklə nə əldə edəcəksiniz?

  • 3 ay davam edən təcrübə boyunca real iş mühiti ilə tanışlıq imkanı;
  • Layihələr və tapşırıqlar üzərində təcrübəli mütəxəssislərlə sıx əməkdaşlıq və peşəkar bacarıqlarınızı inkişaf etdirmək fürsəti;
  • Uğurlu təcrübəçilər üçün bankda karyera qurmaq şansı;
  • Bankdaxili qayda və prosedurlarla, təcrübə keçəcəyi strukturun fəaliyyəti ilə tanışlıq;
  • Bankın təqdim etdiyi bank məhsulları, xidmət növləri barədə olan məlumatların müştərilərə təqdim olunması prosesi ilə tanışlıq.

Tələblər

  • Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri və məzunları;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Müştəriyönümlü və satışyönümlü olmaq;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqlarına malik olmaq;
  • Öyrənməyə, uyğunlaşmağa və dinamik iş mühitinə töhfə verməyə həvəsli olmaq.

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et