Xidmətlər üzrə məsləhətçi (Reception)- Bakı | Banco.az
Bank Respublika

Xidmətlər üzrə məsləhətçi (Reception)- Bakı

Vakansiya haqqında məlumat: 

Bank Respublika ASC Bakı filialları üçün Xidmətlər üzrə məsləhətçi (Reception) vakansiyasını elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
  • Müştərilər arasında aparılan sorğularda iştirak;
  • Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili və Rus dilləri əla səviyyədə mütləqdir; 
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakı qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et