Xalq Bank
Xəzinədarlıq İdarəsinin Birja əməliyyatları şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
Xəzinədarlıq İdarəsinin Birja əməliyyatları şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank işi sahəsində təcrübə;
- Azərbaycan / Rus / İngilis dillərini mükəmməl səviyyədə bilmək;
- Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri (MS Excel proqramı üzrə mükəmməl biliklər tələb olunur)
İŞİN TƏSVİRİ:
- Banklararası valyuta və qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq;
- Banklararası cəlbetmə/yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək;
- Bağlanılmış bütün əməliyyatlar üzrə rəsmi sənədlərin hazırlanıb əqd bağlanan tərəfə göndərilməsini və bankdaxili digər struktur bölmələrinin çevik məlumatlandırılmasını təmin etmək;
- Əməkdaşlıq etdiyi yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
- Şöbə daxilində digər gündəlik vəzifələr, sənədləşmə, əməliyyatlara nəzarət etmək;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail : [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Bizi sosial şəbəkələrdən izləyin!!