Xəzinədar
Vəzifənin adı: Xəzinədar
Şöbənin adı: Nağd vəsaitlərin idarə edilməsi departamenti
İşçinin vəzifə öhdəlikləri:
• Müştərilərlə nağd hesablaşma ilə mədaxil-məxaric əməliyyatlarının aparılması və onlara pulun sayılması üçün şərait yaradılması
• Filiallarla nağd hesablaşma ilə mədaxil-məxaric əməliyyatlarının aparılması
• Nağd pulların çeşidlənməsinin, formalaşdırılmasının və bağlanmasınının həyata keçirməsi
• Rəis olmadıqda nağd pulların və digər qiymətlilərin daşınmasının həyata keçirməsi
• Xəzinədə saxlanılan qiymətli kağızların və digər qiymətlilərin təhlükəsizliyinin təmin edilməsi
• Günün sonuna mədaxil-məxaric üzrə aparılan əməliyyatların xəzinə kitabına yazılması və onu imzası ilə təsdiq edilməsi;
• Xəzinənin pulta keçmə parolunun və xəzinə açarlarının üçüncü şəxslərdən gizli saxlanılmasının təmin edilməsi
• Xəzinə qalığının bankın baş mühasibat kitabı ilə uyğunluğunun təmin edilməsi
• Xəzinəyə aid olan ştampların və klişelərin mühafizəsinin təmin edilməsi
• Baş xəzinədar olmadıqda onun səlahiyyətlərinin həyata keçirməsi
Vəzifəyə qəbul üçün tələblər:
Təhsil: İqtisadiyyat və ya biznes sahələrində ali təhsilinin olması
Bilik: Kompyuter biliklərinin olması (ofis proqramları; Progress bank proqramında işləyə bilmə üstünlük hesab olunacaqdır), dil biliklərinin olması (Azərbaycan və Rus dilləri əla, İngilis dili-orta, əsasən danışıq)
Bacarıq: Müştərilərlə yüksək səviyyədə davrana bilmə, işə analitik yanaşma, sürətli öyrənmə,
bank və ondan kənarda lazımi informasiyaların toplanması və emalı bacarığı; xüsusi diqqətlilik və dəqiqlik
Təcrübə: Müvafiq sahədə bank təcrübəsi ən az 1 il
Əmək haqqı: razılaşma əsasında
E-mail: [email protected]