UX/UI Designer | Banco.az
PAŞA Bank

UX/UI Designer

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq “UX/UI Designer” (UX/UI Dizayner) kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Müştərilərlə görüşərək araşdırmaların aparılması;
• İstəklər və problemlər üzrə düzgün həllərin təqdim edilməsi;
• Məhsul istifadəsi zamanı müştəri təcrübəsinin mükəmməl olmasının təmin edilməsi;
• “UI Kit” və brend qaydalarına əsaslanan müştəri yönümlü, vizual, interaktiv dizaynın hazırlanması;
• “Frontend” prinsiplərinin tətbiq edilməsi;
• İstifadəçi təcrübəsi, informasiya arxitekturası, veb-interfeysin hazırlanması;
• Müştəri məhsulları üzrə dizayn ardıcıllığının və sabitliyinin qorunması məqsədilə şöbə daxilində və digər komandalarda çalışan dizaynerlərlə əməkdaşlığın aparılması;
• Məhsulun xüsusiyyətinə uyğun prototiplərin çəkilməsi və test edilməsi;
• İstifadəçilərin araşdırılması, prototiplərin hazırlanması, istifadəçi və A/B testlərin keçirilməsi;

• Dəqiq araşdırmaların nəticələrinə əsaslanan konsepsiya və detallı dizayn həllərinin yaradılması;
• Müştərinin vahid dizayn konspesiyası çərçivəsində üslub və mövqeyinin müəyyənləşdirilməsi;
• Çarpaz və funksional “Agile” məhsul komandası ilə məhsul üçün istifadəyə yararlı dizaynın hazırlanması;
• Dizayn və inkişaf prosesləri üzrə biznes və brend tərəfdaşları ilə əməkdaşlığın qurulması;
• Rəqəmsal məhsulların qısa və uzun müddətli planlarının və “roadmap”lərin hazırlanmasında məhsul sahiblərinə və komandaya dəstək göstərilməsi.

Sizdən nə tələb olunur?

• İş təcrübəsi: Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 2 ildən artıq təcrübə
• Xarici dil: İngilis (minimal olaraq "Intermediate" səviyyəsində)
• Alətlər: Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Miro, Adobe Creative Suite və digər alətlər
• Digər: Agile metodologiyası bilikləri

Texnoloqiyalar vasitəsi ilə keyfiyyətli məhsullar və biznes həllərinin yaradılması

Rəqəmsal məhsulun çatdırılma prosesində E2E dizayn üzrə məlumatlılıq

İnterfeyslər, veb-saytlar, mobil tətbiqetmələr və adaptiv dizayna aid işlərin olması

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına 28.10.2021 tarixinədək başlıqda ““UX/UI Designer” (UX/UI Dizayner)” qeyd edərək göndərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et