Unix/Linux üzrə inzibatçı | Banco.az
ABB

Unix/Linux üzrə inzibatçı

Vakansiya haqqında məlumat: 

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC  Unix/Linux üzrə inzibatçı axtarışındadır

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

 Görəcəyiniz işlər:

  • İT sistemlərinin və xidmətlərinin pro-aktiv monitorinqi;
  • Yeni və mövcud ehtiyat sisteminin tam qurulması (IBM Spectrum Protect);
  • İT xidmətində problem yarandıqda dəstəyin göstərilməsi;
  • Layihələrin icrasında iştirak.

Bizim üçün ideal namizəd:

  • Güclü məntiqə sahib;
  • UNIX sistemləri haqqında baza biliklərinə sahib;
  • Çeşidli UNIX sistemlərin quraşdırılması üzrə təcrübəli;
  • Sistem və tətbiq problemlərinin aradan qaldırılması üzrə təcrübəli;
  • Yeni İT trendlərdən xəbərdar olan;
  • Azərbaycan dili, İngilis dili (Texniki mətnləri oxuyub anlaya bilmək və sistemləri istifadə bilmək üçün başlanğıc biliklərə sahib olmalıdır), Rus dili (arzuolunandır) biliyi olan;
  • Komandada işləmək bacarığına sahib.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Unix/Linux üzrə inzibatçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et