Ümumi şöbəyə referent-katib | Banco.az
Beynəlxalq Bank

Ümumi şöbəyə referent-katib

Vakansiya haqqında məlumat: 

 

ABB  Ümumi şöbəyə referent-katib vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Rəhbərliyin tapşırığı ilə onun bankdaxili və xarici görüşlərini təşkil etmək, bununla bağlı əlaqələndirmə işlərini aparmaq; 
  • Bankın rəhbər vəzifəli şəxsi ilə razılaşdırılmaqla  onun iş gündəliyini müəyyən etmək; 
  • Rəhbərlərin qonaqlarını qarşılamaq və yönəltmək;
  • Bankın rəhbərliyi tərəfindən vətəndaşların qəbulunun təşkilində iştirak etmək
  • Departament rəhbərliyi  tərəfindən vəzifənin əsas məqsədinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.        

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilən;
  • Problemləri həll etmə bacarığına sahib olan;
  • Yaradıcılıq və innovasiya bacarıqlarına sahib olan;
  • Zamanın idarə edilməsi üzrə bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az/   portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et