UI/UX Dizayner | Banco.az
Bank Respublika

UI/UX Dizayner

Vakansiya haqqında məlumat: 

Ümumi vəzifə öhdəlikləri:

  • Məhsul sahibi və proqramçılarla birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
  • Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiq edilməsi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
  • Yaradılmış rəqəmsal məhsulların interfeys dizaynının inkişaf etdirilməsi.
  • İnkişaf olunmuş məhsul və xidmətlər ilə əlaqəli təhlili həyata keçirtmək;
  • İstifadəçilər arasında cari zəif nöqtələri və ehtiyaclarını aşkar etmək üçün araşdırmaların aparılması;

Namizədə qarşı tələblər

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan, Rus və ya İngilis dilləri üzrə səlis danışıq bacarığı;
  • Tamamlanmış layihələrin mövcud olması (portfolio);
  • Veb-saytların və mobil tətbiqlərin dizaynı üzrə təcrübə;
  • Qrafik redaktor və UI proqramlarla işləmə bacarığı (Photoshop / Illustrator / Figma və ya Adobe XD / Sketch);
  • Biznes tələblərinə uyğun UX dizayn və konseptlərinin hazırlanması ilə bağlı təcrübə (Web, mobile);
  • Tipoqrafika və adaptiv verstkalar üzrə bilikləri;
  • Yüksək səviyyədə vizual dizayn qabiliyyəti;
  • Agile yanaşma barədə ilkin biliklər;
  • Komanda daxilində yüksək ünsiyyətqurma qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində UI/UX Dizayner şəklində qeyd etməklə 22 dekabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.