Transformasiya ofisinə Bİ developer | Banco.az
ABB

Transformasiya ofisinə Bİ developer

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  Transformasiya ofisinə Bİ developer vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 

  • QlikView sisteminin bankda tətbiqində iştirak;
  • QlikView sistemində analitik hesabatların və dashboardların hazırlanması, optimallaşdırılması və yenilənməsini təmin etmək;
  • QlikView sisteminin bankda mövcud məlumat bazaları ilə inteqrasiyasını təmin etmək.

Texniki biliklər:

  • Ali təhsil;
  • SQL proqramlaşdırma üzrə biliklər; 
  • Oracle məlumat bazaları ilə iş təcrübəsi;
  • Data modellər barədə anlayış;
  • QlikView, Tableau, Power BI kimi platformalarda iş təcrübəsi olanlara üstünlük verilir;
  • Bankda iş təcrübəsi olanlara üstünlük verilir.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində IT istiqaməti üzrə biliklərinizin inkişaf etdirilməsi;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  3 dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Bİ developer” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et