Vakansiya haqqında məlumat:
“Azərbaycan Sənaye Sığorta” ASC “Tibbi Sığorta Koordinatoru” vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.
İş haqqında məlumat:
- Sığorta olunmuş şəxslər tərəfindən edilən telefon zənglərinin qəbulu;
- İlkin diaqnozun təyin edilməsi;
- Sığorta olunmuş şəxslərin klinikalara istiqamətləndirilməsi;
- Sənədləşdirmə işlərinin aparılması;
- Məlumatların proqrama daxil edilməsi;
- İş qrafiki: həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək;
- Nahar şirkət tərəfindən təmin edilir.
Əsas tələblər:
- Ali tibbi təhsil;
- Müasir müalicə və müayinə üsulları barədə məlumatlı olmalı;
- Ünsiyyətcil; komandada çalışma bacarığı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir ( MS Word, Excel).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 22.06.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Tibbi Sığorta Koordinatoru”) qeyd olunmalıdır.
”Azərbaycan Sənaye Sığorta” ASC haqqında ətraflı məlumatı http://www.senayesigorta.az/ veb səhifəsindən əldə edə bilərsiniz.
Şirkət:
Azərbaycan Sənaye Sığorta