Bank Respublika
Texniki dəstək üzrə mütəxəssis (İT Help desk)
Vakansiya haqqında məlumat:
“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Texniki dəstək üzrə mütəxəssis (İT Help desk) vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Bankın biznes prosesləri zamanı daxili istifadəçilərin istifadə etdiyi proqram təminatı ilə bağlı yaranmış sorğuların qəbul edilməsi;
- “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və icrası;
- İnformasiya texnologiyaları istiqamətində texniki problemlərlə bağlı daxil olan müraciətlərin qəbulu, təhlili və həllinə dəstəyin göstərilməsi;
- Avadanlığın və proqram təminatının quraşdırılması, yoxlanılması və konfiqurasiyası.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə arzuolunandır);
- Aidiyyəti sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir (Bank sahəsi üzrə təcrübə arzuolunandır);
- Kibana-da xətalarla bağlı sorğuların axtarışı və loglardan istifadə qaydası haqqında biliklər;
- Grafana, PRTG, Sentry monitoring alətlərlə işləmək bacarığı;
- Microsoft Active Directory & Group Policy üzrə biliklər;
- Windows 10 əməliyyat sistemi ilə bağlı biliklər;
- Şəbəkə və onun iş prinsipi ilə bağlı anlayışlar;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşüncə qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə Texniki dəstək üzrə mütəxəssis (İT Help desk) qeyd edərək 15 oktyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.