Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi | Banco.az
Bank BTB

Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi

İş barədə məlumat:

- Bankın struktur bölmələrində proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemləri həll edir.

- Proqram və texniki vasitələrin işlək vəziyyətdə olması və işin ahənginin pozulmaması üçün məsuliyyət daşıyır.

- Proqram və texniki vasitələrin İT departamentinin qaydalarına və prosedurlarına uyğun olaraq quraşdırır və bankın struktur bölmələrinə təhvil verir.

- Proqram və texniki vasitələrin quraşdırılmasında ıştirak edir.

- İT "Help Desk"-də bankın struktur bölmələrində ortaya çıxan problemlərin qeydiyyatını aparır, problemlərin həlli yollarını tapır, çətinliklərlə rastlaşdıqda departamentin başqa şöbələrinin mütəxəssislərini cəlb edir.

Namizədə tələblər:

- Ali təhsili;

- İngilis və rus dili bilikləri;

- İT sahəsində ən azı 1 illik iş təcrübəsi;

- Sərbəst düşünmə və qərar vermə qabiliyyəti;

- Kompüter texnologiyaları sahəsində biliklərə malik olmalı;

- Stressə davamlılıq, komandada işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni azərbaycan dilində [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et