Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi | Banco.az
Kapital Bank

Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi

Kapital Bank namizədləri İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

  • Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarının dəstəklənməsi;;
  • Bankın kompüter və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;
  • Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqi aparmaq;
  • Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;
  • Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;
  • Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;
  • Şöbə rəisi tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların  müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

 

Tələblər

  • Texniki sahədə ali təhsil və ya peşə təhsili;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
  • Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;
  • Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
  • Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;
  • Əla ünsiyyətqurma bacarığı;
  • Komandada işləmək bacarığı. 

 

CV-lərinizi, mövzu hissəsində “İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et