Təşkilati İnkişaf üzrə Assistent | Banco.az
PAŞA Bank

Təşkilati İnkişaf üzrə Assistent

Vakansiya haqqında məlumat: 

PAŞA Bank namizədləri Təşkilati İnkişaf üzrə Assistent vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Təşkilati İnkişafla bağlı sənədləşmə prosesini başlamaq, bütün lazımı sənədlərin yerində olmasını təmin etmək, müqavilə və ödənişlərin icrasının müvafiq şöbələr üzrə izlənməsi;
  • Orientasiya proqramının tam qaydasında həyata keçirilməsi üçün müvafiq məlumat bazası ilə təmin edilməsi: yeni işçilərin siyahısının tərtib edilməsi, təqdimatlarda iştirak davamiyyətinin izlənməsi, yeni işçilərin sınaq müddətinin izlənməsi, müvafiq hesabatların hazırlanması və s;
  • Təlim və İnkişaf üzrə verilənlər bazasının vaxtında yenilənməsi və təşkilati işlərin icrası: təchizatçı şirkətlər, eləcə də təlimçilər haqqında məlumatlar, müvafiq sənədlərin saxlanması, təlimlərə davamiyyət siyahısının hazırlanması, təşkilati inkişafla bağlı hər bir tədbirin sonunda sorğuların hazırlanması, hesabatların tərtib edilməsi, təlim otaqlarının tam təchiz edilməsinə nəzarət, vaxtında sifarişlərin icrası və s;
  • Daxili bilik paylaşma sessiya sorğularının cavablandırılması, davamiyyətin izlənməsi, sessiyaların aparılması üçün təşkilati işlərin həyata keçirilməsi;
  • Təşkilati inkişaf layihələri və fəaliyyəti ilə bağlı olan kommunikasiya məktublarının hazırlanması;
  • Xarici təlimçilərin və rəsmi qonaqların biletlərinin alınması, oteldə yerləşməsi işinin müvafiq şöbə ilə izlənməsi, təlim keçirilməsi ilə bağlı olan təşkilati işlərin icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
  • İş təcrübəsi: minimum 1 il (Təlim və İnkişaf, və ya digər İR sahələrində təcrübə arzu olunandır)
  • Xarici dillər: İngilis (orta), rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Başqa tələblər: Güclü ünsiyyət bacarığı, enerjili və çevik.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 20.06.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et