Vakansiya haqqında məlumat:
Alpha Coaching & Consulting şirkəti Təlim koordinatoru vakansiyası üzrə işçi qəbulu elan edir.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq. İngilis dilini yaxşı (upper-intermediate) səviyyədə bilmək;
- Microsoft Office proqramlarında, xüsusən Power Pointdə sərbəst işləmək bacarığı.
Tələb olunan şəxsi keyfiyyətlər:
- Proaktiv və pozitiv düşüncə tərzinə sahib olmaq;
- Gülərüz olmaq və etik qaydalara qarşı həssas davranmaq;
- Sərbəst ünsiyyət qurma və biznes danışıqlarını aparma bacarığına sahib olmaq;
- Problemlərə deyil, həllərə fokuslanan olmaq;
- Əzmkar və iddialı insan olmaq;
- Şəxsi inkişafına əhəmiyyət verən insan olmaq.
İş haqqında məlumat:
- Təlim proqramlarının hazırlanmasında, müvafiq materialların tərcümə olunub, təlimin aparılacağı dilə uyğunlaşdırılmasında iştirak etmək;
- Təlim, seminar və bənzər proqramların təşkil olunmasında yaxından iştirak etmək;
- Sifarişçi şirkətlər və şəxslərlə koordinasiyanın təmin olunmasında iştirak etmək;
- Şirkətin təlim proqramlarına yeni müştərilərin cəlb olunmasını təmin etmək.
İş şərtləri:
- Iş vaxtı: Həftənin 5 iş günü, saat 09.00-18.00 arası;
- Maaş: 400 AZN + təlim satışlarından daxil olan bonuslar;
- İşçi və işəgötürən münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin əsasında tənzimlənir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CVlərini 31.08.2016 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində “Təlim koordinatoru” qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız qısa siyahıya (short list) daxil edilən namizədlər iş görüşməsinə dəvət olunacaq.
Şirkət:
Alpha Coaching & Consulting
