Telesatış operatoru | Banco.az

Telesatış operatoru

Vakansiya haqqında məlumat: 

 

Azərbaycanın Sığorta bazarında Lider olan “PAŞA Sığorta” şirkəti Telesatış operatoru üzrə vakansiya elan edir!


Biz, Azərbaycan dilində sərbəst danışan, yüksək səviyyədə ünsiyyət bacarığı olan və bu bacarığı telefonla satışda tətbiq etməyə həvəsi olan gəncləri axtarırıq.


Vəzifə və Öhdəliklər:

- Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;

- Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;

- Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;

- Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.


Tələb olunan bilik və bacarıqlar:

- Ali təhsil;

- Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;

- Dil bilikləri:

- Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;

- Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);

- İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;

- Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;

- Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;

- Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;

- Komanda ilə işləmək bacarığı.

İş şəraiti:


- İş rejimi - 5 iş günü 9:00-dan 18:00-dək

- 3 ay Sınaq müddəti (bu müddət ərzində - təlim və əmək haqqı nəzərdə tutulub)

- Əmək müqaviləsi


Özünü sınamaq istəyən hər kəs CV-sini mövzu bölümündə Telesatış operatoru yazaraq [email protected] elektron poçt ünvanına göndərər bilər.


Son müraciət tarixi: 30 iyun, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Şirkət: 
PAŞA Sığorta