«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla,
“Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
İŞ PROFİLİ
Telemarketinq şöbəsinin Operatoru
Namizədə tələblər
• Yaş: 22-35;
• Cinsi: qadın;
• Təhsil: Ali;
• İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı);
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi.
Şəxsi keyfiyyətlər
• Ünsiyyət qurmaq bacarığı;
• Yüksək nitq mədəniyyəti;
• Yüksək təqdimat bacarığı;
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı.
Əsas vəzifə öhdəlikləri
• Telefon vasitəsilə sığorta məhsullarının satışı;
• On-layn alış və sorğuların cavablanması və monitorinqi;
• Marketinq araşdırmaları məqsədilə zənglərin edilməsi.
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 10:00 - 18:00, 6-cı gün 11:00-18:00
• İş günü 6/1
• Sabit əmək haqqı 350 AZN
• Üç aylıq sınaq müddətindən sonra əmək haqqı 400 AZN+bonus
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilərsiniz (məktubun mövzu bölməsində adını qeyd etmək mütləqdir )
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.