Telemarketinq qrup rəhbəri | Banco.az
ABB

Telemarketinq qrup rəhbəri

Vakansiya haqqında məlumat: 

Azərbaycan Beynəlxalq Bankı” Telemarketinq qrup rəhbəri vakansiyasını açıq elan edir. Bu yeni komandanın yaranmasında iştirak etmək üçün nadir bir fürsətdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən Telemarketinq komandamıza qoşulmağa dəvət edirik! Telemarketinq qrup rəhbəri olaraq Siz bankın potensial müştərilərinə zənglərin edilməsindən, bankın təklif etdiyi məhsullarının satışını həyata keçirilməsindən və satış kvotasının yerinə yetirilməsindən məsul olan komandaya rəhbərlik edəcəksiniz.

Görəcəyiniz işlər:

Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması

Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmiləşdirilməsi

Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi

İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması

Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak

Bankın başqa departamentləri ilə müntəzəm şəkildə əlaqənin saxlanılması

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

Adekvat əmək haqqı və bonus sistemi

Təlim və inkişaf məsələlərində Bankın dəstəyi

Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan

Satış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan

Münaqişələrə  kreativ həll yolu tapan

Analitik bacarığı olan

Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən

Güclü kommunikativ qabiliyyətə sahib olan

Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.11.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telemarketinq qrup rəhbəri")

Əlavə məlumat üçün: www.ibar.az