Telefon mərkəzi bölməsinin rəhbəri | Banco.az
Kapital Bank

Telefon mərkəzi bölməsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə biznesə dəstək Departamentinin Telefon mərkəzi bölməsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Telefon mərkəzi bölməsinin effektiv işinin təmin edilməsi;
  • Yeni məhsullar, tariflər, kampaniyalar haqqında operatorlari məlumatlandırmaq;
  • Mövcud olan işçi heyətini idarə və nəzarət edilməsi;
  • Problemli müştərilər ilə əlaqələrin saxlanılması;
  • Operatorların təlimi üzrə treninqlərin təşkili;
  • Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənilməsi və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflərin hazırlanması.

 Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Dil bilikləri: Azərbaycan, inglis və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı;
  • Məlumat mərkəzi qrup rəhbəri/bölmə rəhbəri vəzifəsində iş təcrübəsi;
  • Komanda ilə işləmə bacarığı və idarəetmə qabiliyyəti;
  • Ünsiyyətqurma qabiliyyətinin yüksək olması;
  • Fəallıq, məsuliyyət, stressə davamlılıq, nəticəyə istiqamətlənmə;
  • İdarəetmə bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et