Telefon mərkəzi bölməsinin Kiçik mütəxəssisi
Telefon mərkəzi bölməsinin Kiçik mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Əlaqə Mərkəzində Telefon mərkəzi bölməsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Məlumat mərkəzinə daxil olan zəngləri cavablandırmaq
• Müştərilərə zəng edərək cari kampaniyalar haqqında məlumat vermək
• Müştəri müraciətlərinə əsasən ödəniş kartları ilə bağlı əməliyyatları aparmaq və s.
Tələblər
• Ali təhsil
• Təzyiq altında işləmə qabiliyyəti
• Yüksək ünsiyyətqurma bacarığı
• Dəqiqlik və operativlik
• Fərdi və komanda tərkibində işləmə bacarığı
• İş təcrübəsi tələb olunmur
• Əla səviyyədə Azərbaycan və Rus dili, yaxşı səviyyədə İngilis dili biliyi
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Telefon mərkəzi bölməsinin Kiçik mütəxəssisi " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.