Təkrarsığorta və anderaytinq şöbəsinin baş mütəxəssisi | Banco.az

Təkrarsığorta və anderaytinq şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə: Təkrarsığorta və anderaytinq şöbəsinin baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
İş yeri: Bakı
Əmək haqqı : 1400 AZN (Gross)

Namizədə dair tələblər:

• Ali texniki təhsil ( riyaziyyat və ya iqtisadiyyat sahəsində ) ;
• Azərbaycan və rus dilini mükəmməl bilməlidir, İngilis dili (texniki) səviyyədə;
• Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Qeyri həyat sığorta sahəsi üzrə);
• Sığorta qanunvericiliyini bilmək;
• Bazar iqtisadiyyatının prinsplərini bilmək;
• Analitik düşüncə, müştəri yönümlülük, yenilikçilik bacarığı, danışıqlar aparmaq bacarığı, komandada işləmək bacarığı və məsuliyyətlilik.

Vəzifə öhdəlikləri:

• Sığorta məhsullarının hazırlanmasında iştirak etmək;
• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
• Sığorta şərtlərini müəyyən etmək;
• Çıxan təkrarsığorta üzrə sığorta haqqı və zərər borderolarının hazırlanmasına nəzarət və təkrarsığortaçalara göndərilməsi;
• Təkrarsığorta müqavilələrinin hazırlanmasına nəzarət;
• Bağlanmış təkrarsığorta müqavilələrini tənzimlənməsi, icra edilməsi;
• Yeni sığorta qaydalarının, şərtlərin hazırlanması;
• Satış strukturunun əməkdaşları tərəfindən daxil olan sorğuları cavablandırmaq;
• Müvafiq sığorta məhsulları üzrə sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Şirkət: 
Xalq Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et