Təhlükəsizlik Əməliyyatları Mərkəzində mütəxəssis - İnformasiya Texnologiyaları Departamenti | Banco.az
PAŞA Bank

Təhlükəsizlik Əməliyyatları Mərkəzində mütəxəssis - İnformasiya Texnologiyaları Departamenti

Vakansiya haqqında məlumat: 

 

PASHA Bank Təhlükəsizlik Əməliyyatları Mərkəzində mütəxəssis vakansiyasını elan edir.

Vəzifənin məqsədi:

PASHA Bank üçün kritik olan sistemlərə, infrastruktura, vəsaitlərə və xidmətlərə olan təhlükələrin müəyyənləşdirilməsi məqsədi ilə daxil olan məlumatların təhlilinə cavabdeh olmaq;
Use Case dizaynı, inkişafı və saxlanması vasitəsilə mühitdə müəyyən edilmiş təhlükələri azadılmasına cavabdeh olmaq.
Bu vəzifə təhdid subyektlərinin profillərini və təhdid zəkası məhsullarından əldə edilən TTP-ləri potensial hücum vektorlarına çevirir. Bu hücum vektorları daha sonra mövcud təhlükəsizlik nəzarəti əhatə dairəsinin effektivliyini təhlil etmək və Use Case inkişafını dəstəkləmək üçün istifadə olunur.
PASHA Bankda zəifliklərin idarə edilməsi xidmətinin tətbiq edilməsi, konfiqurasiyası, dəstəklənməsi olmasına və miqyaslandırılmasına cavabdeh olmaq

Vəzifə Öhdəliyi:

- Bankdan daxil olan sorğuların dəstəklənməsi üçün təhdidlərin xarakterinin dəyişməsi ilə əlaqədar tələb olunan məlumat mənbələrini müəyyənləşdirmək
- Təhdid zəkasına aid məlumat mənbələrinin uyğunluğunu qiymətləndirmək üçün etibarlı hesabat vermək; məlumat boşluqlarını vurğulamaq və mənbələri təsdiqləmək
- Analiz üçün məlumatların alınması və işlənməsi üçün informasiya emal texnologiyasından istifadə etmək
- Təhdidlərin landşaftına irəliyə baxan baxış etmək üçün daxil olan təhdid zəkasının məlumatlarının bankla əlaqəsini və təsirini müəyyənləşdirmək üçün təhlil aparmaq
- Yeni kompromis göstəricilərini (IOCs) müəyyənləşdirmək və IOC məlumat bazasının davamlı saxlanılmasına dəstək vermək
- Təhlükəsizlik avadanlıqlarının siyasətinə dəyişiklik etməyi tövsiyə etmək
- Təhlükəyə aid yeni IOC-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş IOC-ların sayı, təhdidlərə aid TTP-lər və təsirə məruz qalan/hədəf sistemlərini əhatə edən yeni nöqsanlar barədə hesabat təqdim etmək
- Use Case hazırlanma növbəliliyini idarə etmək və onun prioritetliyini müəyyənləşdirmək
- Yeni müəyyən edilmiş təhdidləri, təsirlənmiş aktivləri və əlaqəli hücum vektorlarını biznes tələbləri ilə birlikdə Use Case-lərə çevirmək
- Müəyyən edilmiş metodologiya və prosesdən istifadə etməklə Use Case-lərin inkişafının həyat dövrünü idarə etmək
- Müəyyən olunmuş hesabat göstəricilərinə əsasən müntəzəm hesabat təqdim etmək
- Zəifliklərin idarə olunması platformalarına dəstək göstərmək
- Bütün kritik texnoloji platformaların zəiflik taramasının səmərəli işini (tam əhatə dairəsini) təmin etmək
-Təşkilatın sistemlərindəki bütün potensial zəiflikləri müəyyənləşdirmək üçün şəbəkədəki bütün sistemləri avtomatik olaraq taramaq üçün ən son Security Content Automation Protocol-a (SCAP) uyğun zəiflik tarama vasitəsindən istifadə etmək

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • İş təcrübəsi: Kiber təhlükəsizlik üzrə 1-3 il iş təcrübəsi
  • Lisenziya/Sertifikat: CCNA Security, CompTIA Security+, CompTIA CySA+ və digər kibertəhlükəsizlik üzrə əlaqəli sertifikatlar
  • Xarici dil: İngilis(orta),Rus dili(orta)
  • Komputer bilikləri:
  • Bir və ya daha çox TI platformaları ilə təcrübə
  • Açıq mənbə zəkası üzrə (OSİNT) məlumat toplama alətləri və zəka vendor portalları ilə təcrübə
  • Müvafiq məlumat formatları üzrə biliklər (JSON, STIX və s.)
  • Jurnal formatları üzrə biliklər
  • Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında anlayış
  • Network forensics sahəsində bilik/təcrübə: şəbəkə trafiki protokolları, trafik təhlili( məsələn, PCAP), müdaxilənin aşkarlanması
  • OWASP top 10 və WASC Threat Classification bilikləri
  • Müxtəlif zəifliklərin skanerləri ilə təcrübə

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına emailin mövzu hissəsində “Təhlükəsizlik Əməliyyatları Mərkəzində mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et