Təcrübəçi/Assistant (KOS-Təcrübəçi/Assistant) | Banco.az
ABB

Təcrübəçi/Assistant (KOS-Təcrübəçi/Assistant)

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  Kiçik və Orta Sahibkarlarla İş departamentinin Kiçik və Orta Sahibkarlara Xidmət üzrə Təcrübəçi/Assistant (KOS-Təcrübəçi/Assistant) vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
  • KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
  • Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
  • KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
  • Rəhbərliyin aidiyyatı digər tapşırıqlarını icra etmək, şöbənin və departamentin fəaliyyəti dövrü ərzində əmələ gələn digər vəzifələri yerinə yetirmək;

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • MS Office proqramları ilə işləmə baracığı;
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
  • İş təcrübəsi tələb olunmur.

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Təcrübə proqramının sonunda iş təklifi qazanmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30 aprel 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS-Təcrübəçi/Assistant” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et