Təcili Pul köçürmələri üzrə mütəxəssis | Banco.az
Kapital Bank

Təcili Pul köçürmələri üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank Məhsulları Departamentində Təcili Pul köçürmələri üzrə mütəxəssis

Ümumi məlumat

Kapital Bank namizədləri Bank Məhsulları Departamentində Təcili Pul köçürmələri üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

  • Təcili pul köçürmə sistemlərinin xüsusiyyətlərini və şərtlərini idarə etmək və daimi yeniləmək
  • Məhsulların filiallara təqdim edilməsi üçün təlimatların hazırlanması
  • Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini  təmin etmək məqsədilə Pərakəndə qeyri-kredit məhsulları komandası və filiallarla daimi əlaqədə olmaq
  • Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması
  • Təcili Pul köçürmə sistemləri sahəsində biliklərin daimi inkişafı
  • Təcili Pul köçürmə sistemlərinin dövriyyəsinin artırılması məqsədilə kampaniya və lotereyaların keçirilməsi
  • Təcili Pul köçürmə sistemləri üzrə yeni partnyorların cəlbi

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Bankçılıq sahəsində ali təhsil
  • Yüksək ünsiyyətqurma bacarıqları
  • Təcili Pul köçürmə sistemləri üzrə ən azı 6 aylıq iş təcrübəsi
  • Analitik düşünmə və riyazı təhlil qabiliyyəti
  • Maliyyə uçotu üzrə biliklər arzuolunandır
  • Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, Rus dili - arzuolunandır 

CV-lərinizi, mövzu hissəsində “Təcili Pul köçürmələri üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.