Tech lead | Banco.az
ABB

Tech lead

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxalq Bankı Proqram təminatının inkişafı departamentinə Tech lead vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Rəqəmsal məhsulların dizayn olunması və məhsulun hazırlanmasına nəzarət;
  • Texnologiyanın seçimi və tətbiqi ilə əlaqədar framework və ən yaxşı təcrübələrin istifadəsi;
  • Rəqəmsallaşdırma komandansının daxili və xaricində olan digər heyətlərlə əlaqənin qurulması, vaxtın, tədarükün və asılılıqlarının müzakirəsi;    
  • Agile heyətə rəhbərliyin edilməsi;
  • Aydın istifadəçi hekayələri, məhsullar üçün prototiplər və dizayn testlərinin hazırlanması və məhsulun inkişaf etdirilməsini davamlı olaraq çatdırmaq üçün heyət üzvlərinin yönləndirilməsi.          

Bizim üçün uyğun namizəd:

  • Java Spring Boot, C, C ++, Python və ya digər proqramlaşdırma dillərində / framework-lərdə 4-5 illik iş təcrübəsi         ;
  • Bank sektorunda təcrübə arzuolunandır;
  • İnkişafa/proqramlaşdırmaya böyük marağı və davamlı öyrənmək üçün potensial və istəyin olması;
  • Konstruktiv ünsiyyət və problemləri həll etmə bacarıqları olan bir şəxsdir.

Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Tech lead göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et