Sürücü (Baş ofis)
“FINCA Аzerbaijan” Qeyri Bank Kredit Təşkilatı BAŞ OFİS filialı üçün şəxsi minik avtomobili ilə SÜRÜCÜ vəzifəsinə işçi axtarışı elan edir. Tələb olunan işçi əsasən “FINCA Аzerbaijan”-ın işçilərini, tələb olduğu zaman digər şəxsləri və rəsmi sənədləri təyinatı yerlərə aparmalıdır. “FINCA Аzerbaijan” bütün Azərbaycan üzrə 150,000 – nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərən, sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Yalnız aşağıdakı şərtlərə uyğun gələnlər müraciət edə bilərlər:
- Şəxsi minik avtomobilinə malik olan;
- Bakı şəhərini və ətraf əraziləri yaxşı tanıyan:
- Etibarlı sürücülük vəsiqəsinə malik olan;
- Ən azı 5 il sürücülük təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq.
Əlavə məlumat:
- Ərizə formasında minik avtomobilinin buraxılış ili və markası mütləq göstərilməlidir.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları, maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 29 May 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№299/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Cəfər Cabbarlı küç. 44, 8-ci mərtəbə(Caspian Plaza 3)
Tel: (055) 455 25 00; (036) 542 34 34; (012) 596 63 84/85
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.