Bank Respublika
Sumqayıt KOB ofisi və Rəqəmsal filialının Kiçik və Orta Biznes Kreditləri Şöbəsində Satış üzrə Menecer
Vakansiya haqqında məlumat:
Təsvir
- Banka Sumqayıt regionu üzrə KOB seqmentinə aid yeni müştərilərin cəlb edilməsi işinin təşkil edilməsi, müxtəlif növ biznes nümayəndələri ilə görüşlər keçirilməsi;
- Kiçik və Orta Biznes kreditləri üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeçiliyində olan satış üzrə əməkdaşlara istiqamət verilməsi;
- Bankın yeni məhsul və xidmətləri barədə Sumqayıt regionu üzrə Kiçik və Orta Biznes seqmentinə aid müştəriləri tabeçiliyində olan satış üzrə əməkdaşlar vasitəsi ilə məlumatlandırılmasının təşkil edilməsi;
- Bank üzrə məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak edilməsi;
- KOB seqmentinə aid müştərilərin təhlil edilməsi üçün əməkdaşların hazırlanmasında iştirak edilməsi;
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
- Vəzifəyə uyğun olaraq müvafiq sahədə iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı;
- Təhlil və qərar vermə bacarıqları;
- Qeyri-standart vəziyyətlərdə stresə davamlılıq qabiliyyəti;
- Müxtəlif satış kanalları ilə işləmə bacarıqları;
- Öyrənmə və öyrətmə bacarıqları;
- Komanda formalaşdırmaq bacarıqları;
- Komanda şəklində işləmək bacarıqları;
- Liderlik bacarıqları;
- Motivasiya və komanda ruhunu formalaşdırmaq bacarıqları;
- Sumqayıt şəhəri üzrə iş fəaliyyəti göstərmə imkanı.
Müraciət üçün daxil olun