Sumqayıt KOB ofisi və Rəqəmsal filialının Kiçik və Orta Biznes Kreditləri Şöbəsində Satış üzrə Menecer | Banco.az
Azər Türk Bank

Sumqayıt KOB ofisi və Rəqəmsal filialının Kiçik və Orta Biznes Kreditləri Şöbəsində Satış üzrə Menecer

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Banka Sumqayıt regionu üzrə KOB seqmentinə aid yeni müştərilərin cəlb edilməsi işinin təşkil edilməsi, müxtəlif növ biznes nümayəndələri ilə görüşlər keçirilməsi;
  • Kiçik və Orta Biznes kreditləri üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeçiliyində olan satış üzrə əməkdaşlara istiqamət verilməsi;
  • Bankın yeni məhsul və xidmətləri barədə Sumqayıt regionu üzrə Kiçik və Orta Biznes seqmentinə aid müştəriləri tabeçiliyində olan satış üzrə əməkdaşlar vasitəsi ilə məlumatlandırılmasının təşkil edilməsi;
  • Bank üzrə məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak edilməsi;
  • KOB seqmentinə aid müştərilərin təhlil edilməsi üçün əməkdaşların hazırlanmasında iştirak edilməsi;  

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
  • Vəzifəyə uyğun olaraq müvafiq sahədə iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı;
  • Təhlil və qərar vermə bacarıqları;
  • Qeyri-standart vəziyyətlərdə stresə davamlılıq qabiliyyəti;
  • Müxtəlif satış kanalları ilə işləmə bacarıqları;
  • Öyrənmə və öyrətmə bacarıqları;
  • Komanda formalaşdırmaq bacarıqları;
  •  Komanda şəklində işləmək bacarıqları;
  • Liderlik bacarıqları;
  • Motivasiya və komanda ruhunu formalaşdırmaq bacarıqları;
  • Sumqayıt şəhəri üzrə iş fəaliyyəti göstərmə imkanı.

 

Müraciət üçün daxil olun 

Ən sərfəli krediti almaq üçün müraciət et