Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi | Banco.az
Kapital Bank

Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Kapital Bank namizədləri Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Layihələrin portfelə daxil olunması üçün biznes keysləri araşdırıb rəhbərlik ilə razılaşdırmaq;
  • Layihələr üzrə prioritetləri təyin edib icra vaxtlarını təyin etmək;
  • Layihələrdə müşahidə olan dəyişikliləri rəsmiləşdirmək;
  • Kurasıyada olan sahələr üzrə yüklülük dərəcəsini təhlil edir və müvafiq dəyişiklikləri həyata keçirmək;
  • Layihə Portfeli üzrə dəyişikliklərin reyestri və sənəd arxivi aparmaq;
  • Layihə portfeli üzrə büdcə və xərclərinə nəzarət etmək;
  • Layihə ilə bağlı müvafiq məlumatları dəqiq və effektiv şəkildə layihə icraçılarına kommunikasiya etmək.
  • Scrum master öhdəliklərini yerinə yetirmək
  • Agile layihələrdə komandaların effektiv, şəffaf, yüksək ünsiyyət qabiliyyətli olmasının təşkili

Tələblər:

  • Layihələrin idarəedilməsi metodologiyalarına aid biliklər (həm Waterfall həmdə Agile/Scrum);
  • Dil bilikləri: azərbaycan dili (rus və ingilis dili arzuolunandır)
  • Layihə sənədləşməsini aparmaq bacarığı;
  • İnsanlarla yüksək ünsiyyət bacarığı;
  • Layihələrdə menecer və ya koordinator vəzifəsində iş təcrübəsi (2 ildən çox);
  • Agile layihələrdə iş təcrübəsi
  • İT layihələrdə iştirak təcrübəsi,
  • Bank təcrübəsi arzuolunandır
  • Layihələrin idarəedilməsinə aid sertifikatların olması arzuolunandır.

CV-lərinizi, mövzu hissəsində “Strateji Layihələrin İdarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et