Strategiya və Planlama üzrə baş mütəxəssis | Banco.az

Strategiya və Planlama üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Sığorta” ASC namizədləri “Strategiya və Planlama üzrə baş mütəxəssis” (Strategy and planning Senior specialist) vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə Öhdəlikləri:

  • Şirkətin illik büdcə planlamasının hazırlanması və təsdiq edilməsini təmin etmək
  • Şirkətin strategiyasının hazırlanması və təsdiq edilməsini təmin etmək
  • Müxtəlif dövrlər üçün proqnoz hesabatların hazırlanması
  • Strategiyanın icrasına nəzarət
  • Biznes modellərin hazırlanması
  • Bazar təhlilinin (Benchmarking, bazar iştirakçılarının təhlili) aparılması
  • Strateji təhlilin həyata keçirilməsi
  • Şirkətdaxili müxtəlif layihələrin maliyyə modelinin yaradılması və maliyyə təhlilinin aparılması
  • Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanması

Namizədə tələblər:

  • Ali İqtisadi və ya maliyyə təhsili, müvafiq vəzifədə ən azı 3 illik təcrübə
  • Rus və İngilis dillərinin əla səviyyəsi
  • Microsoft Office biliklərinin yüksək səviyyəsi, Power BI üzrə biliklər. Python və SQL biliklərinin olması əlavə üstünlük sayılır
  • BMHS (IFRS) biliklərinin olması
  • Böyük məlumat bazaları ilə işləmək bacarığı
  • Planlama bacarıqları
  • "Out of box" düşünmə
  • Təqdimat bacarıqlar

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını Strategy and planning Senior specialist “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
“PAŞA Sığorta” ASC

Ən sərfəli krediti almaq üçün müraciət et