Statistika mütəxəssisi | Banco.az

Statistika mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir və Yevlaxda vakant yerlər elan edir.

Statistika işinə dair

Tələblər:

  • pilot ərazilərdə epidemioloji və statistik məlumatların toplanması, tələb olunan mövzularda monitorinqin aparılması və qiymətləndirmə hesabatları layihələrinin hazırlanması;
  • pilot ərazilərdə mövcud tibbi məlumatlar əsasında statistik və epidemioloji təhlillərin aparılması;
  • pilot ərazilərdə tibbi məlumatların toplanılması məqsədilə metodologiyaların hazırlanması, icra edilməsi və nəticələrin təhlilinin aparılması;
  • pilot ərazilərdə həyata keçirilən digər layihələrin idarə olunmasına dəstək verilməsi;
  • ali təhsil, müvafiq sahə üzrə azı 1 il iş stajı.

Maraqlananlar tərcümeyi hallarını 31 dekabr 2016-cı il tarixinədək elektron poçt vasitəsilə müraciət edilən vəzifənin adını göstərməklə [email protected] ünvanına göndərə bilərlər.Əlavə məlumat üçün əlaqə nömrələri: (012) 310-07-70/ 5004, 5006

Qeyd: Yalnız müsahibəyə dəvət alacaq namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət: 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi