Bank Respublika
“SQL Developer”
Vakansiya haqqında məlumat:
Ümumi vəzifə öhdəlikləri:
- Biznes strukturlardan daxil olan tələblərin analiz edilməsi;
- İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
- Mövcud sorğular üçün optimallaşdırma işlərinin (performance tuning) edilməsi;
- Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- SQL/Hesabatlıq üzrə minimum 3 il bank təcrübəsi;
- Oracle SQL, PL/SQL, PostgreSQL;
- Analitik düşünmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə “SQL Developer” qeyd edərək, 22 Dekabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.