Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi | Banco.az
Bank BTB

Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC İnformasiya texnologiyaları departamenti, Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi

 

İş barədə məlumat:

  • Gündəlik sistemin monitorinqini həyata keçirmək, bütün proqram təminatının, server resurslarının, sistemlərin və  əsas proseslərin yararlılığını və  bütövlüyünü  yoxlamaq, sistem və proqram girişlərini nəzərdən keçirmək;
  • ∙Gündəlik backup əməliyyatları həyata keçirmək;
  • ∙LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə dəstəklənməni təmin etmək;
  • ∙Sistemin səmərəli işləməsini təmin etmək
  • ∙Sistem dizaynı komponentlərinin birgə lazımi səviyyədə işləməsini təmin etmək;
  • ∙İstifadəçilər tərəfindən qeyd edilmiş problemləri aradan qaldırmaq;
  • ∙Gələcək təkmilləşdirmə üçün tövsiyyələr vermək;
  • ∙Şəbəkə və sistem təhlükəsizliyini qorumaq
  • ∙Problemləri təhlil və təcrid etmək;
  • ∙İstifadəçilərin yararlandığı şəbəkənin əlçətanlığı və təhlükəsizliyini təmin etmək məqsədilə monitorinqin həyata keçirilməsi;
  • ∙Sistem performansını qiymətləndirmək və modifikasiya etmək. Texniki KPİ-lara cavabdeh olmaq;
  • ∙Şəbəkə bütövlüyünü, serverin fəaliyyətini və təhlükəsizliyini qorumaq;
  • ∙Şəbəkə bağlantısını texniki həllər ilə şirkətin LAN/WAN infrastrukturu üzərindən təmin etmək;
  • ∙Şəbəkələri dizayn etmək və genişləndirmək;
  • ∙Şəbəkənin ünvan təyinatını yerinə yetirmək;
  • ∙Marşrutlaşdırma (routing) protokollarını və cədvəl konfiqurasiyasını təyin etmək;
  • ∙Autentifikasiya konfiqurasiyasını və direktoriya servislərinin autentifikasiyasini təyin etmək;
  • ∙Drayver, personal kompüter, printer və sair kimi şəbəkə vəsaitlərinin individual maşınlarda idarə edilməsi;
  • ∙Şəbəkə serverlərini, o cümlədən fayl serverlərini və VPN bağlantılarını qorumaq, sistəmə müdaxiləni aşkarlamaq və s.

 

Namizədə tələblər:

 -Ali təhsil;
- Şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi;
- LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər;
- Tətbiqi proqramlar üzrə biliklər;
 - Komandada və fərdi işləmək qabiliyyəti;
- Tez və düzgün qərar vermək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan və rus dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  31 İyul, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi)göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et